Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamirin İrana qarşı yarımçıq qalmış əməliyyatla bağlı açıqlamaları təşviş doğurur və bu, ABŞ prezidenti Donald Trampın bəyanatları ilə ziddiyyət təşkil edir.
Bizimyol.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Təəssüf ki, İsrailin Baş Qərargah rəisi bəyan edib ki, hələlik atəşkəs qüvvədədir, lakin bu, ilk növbədə, HƏMAS-la bağlı başlanmış işləri başa çatdırmaq, daha sonra isə İrana qarşı əməliyyatı davam etdirməyə qayıtmağın zəruri olması ilə bağlıdır. Bu, təşviş doğurur və bu situasiyada iştirak edən demək olar ki, bütün digər iştirakçıların bəyanatları, o cümlədən, artıq dediyim kimi, Donald Trampın bəyanatları ilə ziddiyyət təşkil edir”, - deyə Lavrov Laosun xarici işlər naziri Thongsavan Fomvihane ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında qeyd edib.
Qadir, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.