Rusiyanın məşhur teatr və kino aktyoru Sergey Bukreev tamaşa zamanı dünyasını dəyişib. “İz” və “Kor” seriallarında rol alan sənətçi 56 yaşında ürək tutmasından dünyasını dəyişib.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə “Teatr.doc”-un mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, aktyor özünün ən yaxşı rollarından birini - Martin Makdonaqın "Cəlladlar" tamaşasında oynayıb. O özünü pis hiss edib, bayıra çıxıb və huşunu itirib.
Qeyd edək ki, həkimlər Bukreyevin həyatını xilas edə bilməyiblər.