AZ

İsrailin zərbələri nəticəsində İranda 627 nəfər ölüb, 4,870 nəfər yaralanıb

BAKI, 25 iyun. TELEQRAF

İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində 627 nəfər ölüb, 4870 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Hüseyn Kermanpur “X” hesabında məlumat yayıb.

O bildirib ki, ən çox ölüm və yaralı sayı paytaxt Tehranda və Kirmanşah şəhərində qeydə alınıb.

Ciddi zərər çəkən digər ostanlar arasında Xuzistan, Lorestan, İsfahan, Mərkəzi, Şərqi Azərbaycan, Həmədan, Zəncan və Gilan var.

Məlumata görə, ölənlərin 86.1%-i hücum zamanı həyatını itirib, 13.9%-i isə xəstəxanaya aparılarkən və ya xəstəxanalarda vəfat edib.

Seçilən
78
50
teleqraf.com

10Mənbələr