Tovuzda dönərdən kütləvi zəhərlənmə olub. Zərərçəkənlərin yaxınları bildirir ki, onlar dönər yedikdən sonra vəziyyətləri pisləşib.
20:02
Tovuzda dönərdən zəhərlənən şəxslərin sayı 26 nəfərə çatıb.
20:02
Tovuzda dönərdən zəhərlənən şəxslərin sayı 20 nəfərə çatıb. (apa)
19:35
Tovuzda kütləvi zəhərlənmə hadisəsi baş verib.
Xezerxeber.az xəbər xəbər verir ki, bu gün saat 16:55 radələrindən başlayaraq 14 nəfər (7-si kişi, 7-si qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Hazırda onların müalicəsi tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.