AZ

Sərnişinlərin olduğu lift 12-ci mərtəbədən düşüb

Dağıstanda içərisində sərnişinlər olan lift 12-ci mərtəbədən düşüb. 

Demokrat.az
xəbər verir ki, bu barədə  SHOT məlumat yayıb.

Hadisə Mahaçqalada baş verib. Liftin çökməsi nəticəsində sərnişinlər xəsarət alıb.

Hadisə Qaptsaxskaya küçəsindəki çoxmərtəbəli binada baş verib, sərnişin lifti  12-ci mərtəbədən şaxtaya düşüb. 

İlkin məlumata görə, bir kişi və qadın xəsarət alıb. Təcili yardım xidmətləri hadisə yerinə yollanıb. Hadisənin niyə baş vermə səbəbi araşdırılır. 


Əfsanə Kamal 
Demokrat.az
Seçilən
25
50
demokrat.az

10Mənbələr