"Gefest” MMC-nin rəhbərinə “stop” qoyulub.
Valyuta.az xəbər verir ki, bununla bağlı Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynov qətnamə çıxarıb.
İş materiallarından aydın olur ki, şirkətiun dövlət büdcəsinə 6 613,37 manat vergi borcu olub. Borc ödənilmədiyindən Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə ərizə ilə müraciət edib. Qurum məhkəmədən borc ödənilədək şirkət rəhbərinə “stop” qoyulmasını istəyib. Məhkəmə də qurumun ərizəsini təmin edib.
Hüseyn