Hazırda Haaqada NATO sammiti keçirilir. ABŞ-ın dövlət katibi Marko Rubio bildirib ki, burada Ukraynanın taleyinə dair mühüm qərarlar qəbul ediləcək. Amerika siyasətçisi bəyan edib ki, alyans Ukraynaya gələcək illərdə dəstəyin davam etdirilməsini müzakirə edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə “RBK Ukrayna” nəşri məlumat yayıb.
“Bu gün keçirilən sammitdə biz Ukraynanın qarşıdakı illərdə NATO ölkələrinin dəstəyinə arxalana bilməsi, mübarizəni davam etdirməsi və nəhayət, uzunmüddətli və dayanıqlı sülhə aparılması yollarını müzakirə edəcəyik”, – deyə Marko Rubio qeyd edib.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski də sammitə qatılıb və ümid edir ki, burada ABŞ prezidenti Donald Trampla görüşəcək. Onun məqsədi Ukraynaya dəstəyin davamını təmin etməkdir.
Zelenski bu dəfə Trampla uğurlu dialoq qurmaq üçün qeyri-adi addım atıb, O, hər zamankı kimi hərbi kamuflyaj yox, klassik kostyum geyinməyi planlaşdırır.
Bu görüş və sammit ümumilikdə, NATO-nun Rusiya ilə davam edən münaqişə fonunda Ukraynaya qarşı münasibətini müəyyənləşdirəcək mühüm hadisə kimi qiymətləndirilir.
Bizim.Media