Fərmana əsasən, Varsin Ohannes Vartan Aqabekyan Fələstinin Xarici İşlər və Diaspor üzrə Naziri vəzifəsinə təsdiqlənib. O, 2024-cü ildə bu vəzifəyə təyin olunsa da, indi faktiki olaraq hökumətin tərkibinə daxil edilib.
Erməniəsilli Varsin Aqabekyan diasporla iş üzrə də məsuliyyət daşıyacaq. O, bu vəzifəni tutan ilk ermənidir.
Qeyd edək ki, Aqabekyan 1958-ci ildə İordaniyada anadan olub, ABŞ-də təhsil alıb. O, Indiana Universiteti və Pitsburq Universitetində magistr və doktorluq dərəcəsi əldə edib. Aqabekyan bir neçə kitabında separatçı "erməni hərəkatı"nı dəstəkləyib.
Maraqlıdır ki, son aylarda Türkiyənin bəzi media orqanlarında Azərbaycan-İsrail münasibətləri kontekstində tənqidi yazılar dərc olunurdu. Həmin yazılarda Azərbaycan İsraillə əməkdaşlığına görə haqsız şəkildə ittiham olunurdu.
Bu zaman "Fələstin məsələsi" tez-tez arqument kimi önə çəkilir, bəzi KİV-lər İsrail-Fələstin münaqişəsini Azərbaycanın xarici siyasətinə qarşı təbliğat alətinə çevirirdilər.
İndi isə Fələstin rəhbərliyi məhz erməniəsilli bir şəxsi ölkənin ən yüksək postuna gətirib. Bu qərarın erməni diasporunun regiondakı təsir imkanlarını daha da artıracağı heç bir şübhə doğurmur.
10Mənbələr
-
baku.newsDövlət Agentliyi arıq inək şəkillərinə münasibət bildirdi: Biri Rusiyada, digəri Afrikada çəkilib ( 19046287)
-
hurriyyet.azMədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayılıb ( 19044832)
-
mia.azBu, saxtadır Nazirlik açıqlama yaydı ( 19044517)
-
nocomment.azMədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayılıb ( 19044169)
-
day.azMədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı ( 19042228)
-
gender.azMədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayılıb ( 19042219)
-
cebheinfo.azMədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayılıb ( 19042201)
-
baki-xeber.comMədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı ( 19041772)
-
avtosfer.azBu sənəd saxtadır - FOTO ( 19041652)
-
qaziler.azMədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayılıb - FOTO ( 19041262)