Müttəfiqlərin Avropadakı Ali Baş Komandanı və ABŞ-nin Avropa Komandanlığının rəhbəri təyin edilən general Aleksus Qrinkeviç Ukraynanın Rusiya ilə münaqişədə guya qalib gələ biləcəyini deyib...
Poliqon xəbərverirki, o, ABŞ Senatında dinləmələr zamanı bu barədə suala belə cavab verib.
O, senator Tommi Tubervilin Moskva ilə Kiyev arasında münaqişənin perspektivləri ilə bağlı sualına cavab olaraq bildirib ki, sonuncu qalib gələ bilər.
"Senator, mən inanıram ki, Ukrayna qalib gələ bilər. İnanıram ki, vətəniniz təhlükə altında olanda siz bizim təsəvvürümüzə gətirə bilməyəcəyimiz əzmlə mübarizə aparırsınız, çünki biz heç vaxt belə vəziyyətə düşməmişik", Qrinkeviç deyib.
Poliqon.info