Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasında əhalinin dövlət tərəfindən “birpəncərə” prinsipi ilə təklif edilən əmək, məşğulluq və sosialmüdafiə xidmətlərinə müasir, operativ və elektron xidmətlərintətbiqinə rahat çıxışın təmin edilməsi məqsədilə Naxçıvan şəhərindətikilən DOST Mərkəzinin tikintisi işlərinin 95%-i artıqtamamlanıb.
Bu barədə Trend-ə Naxçıvan Muxtar Respublikası Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumatverilib.
Layihəyə 2023-2025-ci illər üzrə ümumilikdə 2 128 616 manatvəsait ayrılıb ki, bunun da 1 901 268.5 manatı xərclənib.
Həmçinin Muxtar respublikanın rayonlarında da vətəndaşlara “birpəncərə” prinsipi ilə qeyd olunan xidmətlərin göstərilməsiməqsədilə DOST Filiallarının yaradılması üçün Nazirliyintabeliyindəki təşkilatların inzibati binalarının əsaslı təmiriişlərinin həyata keçirilməsi istiqamətində qanunvericiliyə uyğunolaraq satınalma işləri həyata keçirilib.
Muxtar respublikada DOST Filiallarının 2025-2026-ci illərərzində əsaslı təmir olunaraq mərhələli şəkildə fəaliyyətəbaşlaması nəzərdə tutulmuşdur. Qeyd edilən binaların təmiriişlərinə 2025-ci il üçün 2 milyon manat vəsait ayrılıb və işlərəartıq start verilib.