Rusiya prezidenti Vladimir Putin və Bəhreyn kralı Həməd bin İsa Əl-Xəlifə arasında telefon danışığı olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Qeyd edilib ki, onlar Yaxın Şərqdə problemin tezliklə nizamlanmasına çağırış ediblər və oktyabrda keçirilməsi planlaşdırılan ilk Rusiya-Ərəb sammitini müzakirə ediblər.
Vladimir Putin və Bəhreyn kralı Həməd bin İsa Əl Xəlifə ötən həftə baş tutan XXVIII Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunu da müzakirə ediblər.