AZ

İran Qətərdəki ABŞ hərbi bazalarını ballistik raketlərlə belə hədəfə aldı – Musavat.com üçün eksklüziv görüntülər

Musavat.com xəbər verir ki, İran bu gün Qətərdə yerləşən ABŞ hərbi bazalarına ballistik raketlərlə hücum təşkil edib. Hadisə İranın nüvə obyektlərinə endirilmiş ABŞ zərbələrinə cavab olaraq həyata keçirilib və “qisas əməliyyatı” kimi dəyərləndirilir.

Qatarın paytaxtı Dohadan eksklüziv görüntülər Musavat.com-un redaksiyasına Qətərdə yaşayan azərbaycanlılar tərəfindən göndərilib.


Məlumatlara əsasən, atılan bütün ballistik raketlər ABŞ-ın hava hücumundan müdafiə sistemləri tərəfindən havada neytrallaşdırılıb. Bu, təüdim etdiyimiz videodan da görünür. Nəticədə xəsarət və dağıntı qeydə alınmayıb.

Qətər rəhbərliyi hadisədən dərhal sonra təhlükəsizlik tədbirlərini maksimum səviyyəyə yüksəldib. ABŞ isə bölgədəki qüvvələrini yüksək döyüş hazırlığı rejiminə keçirdiyini bildirib.

Qeyd edək ki, bu, İranın ABŞ-ın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra həyata keçirdiyi birbaşa cavab hücumudur və Yaxın Şərqdə qarşıdurmanın yeni mərhələyə keçdiyini göstərir. 

 

Musavat.com

Seçilən
3
43
musavat.com

10Mənbələr