AZ

ABŞ Çinə AĞIZ AÇDI: "İranı inandırın ki..."

"Birləşmiş Ştatlar Çin hakimiyyətini İranı Hörmüz boğazını bağlamamağa inandırmağa çağırır".

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Marko Rubio "Fox News"a müsahibəsində bildirib.

"Mən Pekindəki Çin hökumətini bu məsələ ilə bağlı onlara zəng etməyə çağırıram, çünki onlar da neft daşınması baxımından Hörmüz boğazından ciddi şəkildə asılıdırlar", - Rubio deyib.

Xatırladaq ki, iyunun 22-nə kecən gecə Amerika lideri Donald Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İranda üç nüvə obyektinə hücum etdiyini bəyan edib. Əsas hədəfi uranın zənginləşdirilməsi zavodu olan Fordov olub.

Seçilən
1
6
publika.az

10Mənbələr