"Barselona" qapıçısı Voyçex Şesnı barədə qərar verib. 

Offsideplus.az xəbər verir ki, polşalı qolkiper Kataloniya təmsilçisi ilə müqavilənin müddətini uzadıb. Bu barədə klubun idman direktoru Deko məlumatı təsdiqləyib. 

"Şesnı gələn mövsüm də bizimlə qalacaq", deyə bildirib. 

Tərəflər arasında əldə edilən razılıq əsasında 2027-ci ilin iyun ayınadək müqavilə imzalanması gözlənilir.