AZ

Çempionluq oyununda faciə

Qol.az saytına istinadən ain.az xəbər verir.

Əlcəzair futbol çempionatının matçı zamanı tribunaların çökməsi nəticəsində bir nəfər ölüb, 11 nəfər xəsarət alıb. 

QOL.az xəbər verir ki, bu barədə AFP yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

“MC Əlcəzair” “Mağra” klubu ilə heç-heçə edib (0:0) və ardıcıl ikinci dəfə ölkə çempionu olub.

Qələbə sevinci zamanı “5 İyul Stadionu”nda mühafizə baryeri çöküb, nəticədə bir neçə nəfər yuxarı mərtəbədən aşağı düşüb. Əlcəzair Milli Futbol Liqası “MC Əlcəzair”ə kubokun təqdim olunmasını ləğv edib.

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
6
qol.az

10Mənbələr