AZ

Küveytdə İranın nüvə obyektlərinə endirilən zərbələrdən sonra radiasiya səviyyəsinin artımı qeydə alınmayıb

BAKI, TurkicWorld

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi, ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra yaranan vəziyyətlə bağlı iyunun 23-də AEBA-nın Rəhbərlər Şurasının təcili iclasının keçiriləcəyini bildirib.

TurkicWorld xəbər verir ki, bu barədə Qrossi X sosial şəbəkə hesabında yazıb.

“İranda yaranmış fövqəladə vəziyyətlə əlaqədar sabah üçün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Rəhbərlər Şurasının təcili iclasını çağırıram” - deyə, paylaşımda bildirilib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp iyunun 22-ə keçən gecə ölkəsinin Hərbi Hava Qüvvələrinin İran ərazisində üç nüvə obyektinə – Fordo, Nətənz və İsfahana qarşı uğurlu hücum həyata keçirdiyini açıqlamışdı. O, həmçinin İranı İsrail ilə münaqişəni dayandırmağa çağırmışdı.

Seçilən
98
50
turkic.world

10Mənbələr