Əlcəzairdə "MK Əlcəzair" - "Maqra" komandaları arasında keçirilmiş futbol matçı faciə ilə yekunlaşıb.
Teleqraf xəbər verir ki, tribunada baş verən hadisə nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb.
"MK Əlcəzair" 0:0 hesablı heç-heçə sayəsində ardıcıl ikinci dəfə ölkə çempionu olub və tarixində doqquzuncu titulu qazanıb.
Lakin azarkeşlərin sevinci faciəyə dönüb. Onlar "5 iyul" stadionunda çempionluğu qeyd etdikləri vaxt sədlərdən biri aşıb və nəticədə bir neçə nəfər yuxarı yarusdan aşağı yıxılıb. Hadisə yerinə dərhal təcili yardım briqadası gəlib.
Hadisə ilə əlaqədar milli futbol liqası təntənəli mükafatlandırma mərasimini ləğv edib.