AZ

UFC Fight Night: Ən yüngül çəki üzrə ilkin kartın qalibi məlum olub

BAKI, TurkicWorld

Bakıda ilin ən gözlənilən idman hadisələrindən biri olan UFC Fight Night keçirilir. Ən yüngül çəki dərəcəsi üzrə ilkin kartda Tagir Ulanbekov (16-2-0, Rusiya) və Maksum Azat (17-1-0, Qazaxıstan) qarşılaşıblar.

TurkicWorld xəbər verir ki, Rusiya təmsilçisi qalib gəlib.

Xatırladaq ki, “UFC Fight Night” turniri ilk dəfə olaraq 21 iyun tarixində Bakıda keçiriləcək. Baku Crystal Hall-da baş tutacaq döyüş gecəsində 6-sı əsas kartda, 6-sı isə ilkin kartda olmaqla, ümumilikdə 12 döyüş olacaq.

Bakıda UFC gecəsinin əsas döyüşü UFC-nin keçmiş yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xəlil Rauntri arasında baş tutacaq.

Ən vacib ikinci döyüş isə yüngül çəkidə azərbaycanlı döyüşçü Rafael Fiziev ilə çilili rəqibi İqnasio Baxamondes arasında keçiriləcək.

Həmçinin, oktaqona çıxacaq azərbaycanlı döyüşçülər – Nazim Sadıxov və Tofiq Musayev müvafiq olaraq braziliyalı Nikola Mottaya və qırğızıstanlı Mıqtıbek Orolbaya qarşı döyüşəcəklər.

Seçilən
0
17
turkic.world

10Mənbələr