Bakı. Trend:
Ağır çəkidə Həmdi Abdel Vahab (6-0-0, Misir) və Məhəmməd Usman(11-4-0, Nigeriya) arasında ilkin kartın qalibi müəyyənləşib.
Trend-in məlumatına görə, qalib Nigeriya təmsilçisi olub.
Xatırladaq ki, “UFC Fight Night” turniri ilk dəfə olaraq 21 iyuntarixində Bakıda keçiriləcək. Baku Crystal Hall-da baş tutacaqdöyüş gecəsində 6-sı əsas kartda, 6-sı isə ilkin kartda olmaqla,ümumilikdə 12 döyüş olacaq.
Bakıda UFC gecəsinin əsas döyüşü UFC-nin keçmiş yarım ağır çəkiçempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xəlil Rauntriarasında baş tutacaq.
Ən vacib ikinci döyüş isə yüngül çəkidə azərbaycanlı döyüşçüRafael Fiziev ilə çilili rəqibi İqnasio Baxamondes arasındakeçiriləcək.
Həmçinin, oktaqona çıxacaq azərbaycanlı döyüşçülər – NazimSadıxov və Tofiq Musayev müvafiq olaraq braziliyalı Nikola Mottayavə qırğızıstanlı Mıqtıbek Orolbaya qarşı döyüşəcəklər.