AZ

Cəlilabadda avtomobillər toqquşdu - Ölən var

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Belə ki, VAZ 2106 və "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində sürücülərdən 1957-ci il təvəllüdlü Əminağa Xudaqulu oğlu Tağıyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

Milli.Az

Seçilən
4
6
milli.az

10Mənbələr