Bakı. Trend:
İspaniyanın "Barselona" komandasının futbolçusu RobertLevandovski gələcək karyerası barədə qərar verib.
Trend xaricimətbuata istinadən xəbər verir ki, 36 yaşlı hücumçu 2026-cı ilinyayında başa çatacaq müqaviləsinin sonuna kimi Kataloniyatəmsilçisində qalacaq.
Polşalı forvard bundan sonra isə karyerasını Səudiyyə Ərəbistanıklublarının birində davam etdirəcək. Onun artıq adı açıqlanmayanərəb klubu ilə razılığa gəldiyi iddia olunur.
Qeyd edək ki, Robert Levandovski 2022-ci ilin yayından“Barselona”da çıxış edir.