İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ-nin İsrailin ölkəsinə hücumları ilə başlayan münaqişənin diplomatiya yolu ilə sona çatmasında maraqlı olmadığını bildirib .
Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
O, bildirib: "Artıq onlara necə güvənə biləcəyimizi bilmirik".
Tehran və Vaşinqton arasında iyunun 15-nə planlaşdırılan nüvə müzakirələrindən cəmi bir neçə gün əvvəl İsrailin İrana qarşı hava hücumları təşkil etdiyini xatırladan Əraqçı, diplomatik danışıqlarda ABŞ-a etibar edilib-edilməyəcəyindən artıq əmin olmadıqlarını qeyd edib.