AZ

Yağlı yeməklər yeyən bloger ölüb

Saglamolun saytından alınan məlumata görə, ain.az bildirir.

28 YAŞI VARDI

Rusiyanın Kostroma vilayətindən 30 min izləyicisi olan 28 yaşlı məşhur mukbang-bloger Marina Kuzmenko kəskin pankreatit diaqnozu ilə vəfat edib. O, bir neçə il ərzində sosial şəbəkələrdə çox miqdarda yağlı yeməklər yeyərək video çəkib. 

Marina uzun müddət qarın ağrılarına fikir verməyib və həkimə müraciət etməyib. Daha sonra, vəziyyəti kəskinləşib və xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib. Məlum olub ki, qız kəskin pankreatitdən dünyasını dəyişib.

Həkimlərin sözlərinə görə, pankreatitə səbəb çox yağlı, qızardılmış yeməklər, tez-tez artıq yemək və düzgün olmayan qidalanmadır. Kəskin pankreatit zamanı mədəaltı vəz şişir, öd axını pozulur və bu vəziyyət ölümə qədər gətirib çıxara bilər. Erkən tibbi müdaxilə olmadıqda bu, ölümcül ola bilər. Belə hallar zamanı dərhal həkimə müraciət etmək vacibdir.

Saglamolun.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
107
13
saglamolun.az

10Mənbələr