Olimpiya çempionu Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyasının (IJF) Atletlər Komissiyasına üzv seçilib.
"Football-plus.az" xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı çərçivəsində idmançılar Beynəlxalq Cüdo Federasiyasının (IJF) Atletlər Komissiyasına nümayəndələrini seçiblər.
Seçkilər nəticəsində 5 üzv idmançıların səsi ilə, 4 üzv isə IJF İcraiyyə Komitəsi tərəfindən təyin olunub. Yeni tərkib 2025-2029-cu illəri əhatə edən dörd illik müddətə fəaliyyət göstərəcək.
Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov IJF İcraiyyə Komitəsinin qərarı ilə Atletlər Komissiyasına üzv seçilib.