Konqonun Şimali Kivu bölgəsində koltan mədəninin çökməsi nəticəsində 12 nəfər həyatını itirib.
APA-nın məlumatına görə, bununla bağlı yerli mətbuat xəbər yayıb.
Onlarla insan xilas edilib. Hələlik mədənin çökmə səbəbləri məlum deyil.
Qeyd edək ki, sözügedən bölgəni ötən il M23 üsyançıları nəzarətə götürüblər.