AZ

Ukrayna Medinskinin axtarışını dayandırmayıb

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiya prezidentinin köməkçisi və İstanbuldakı danışıqlar qrupunun rəhbəri Vladimir Medinskinin ölkələr arasında danışıqlara başlamasından sonra axtarışını dayandırmayıb...

Poliqon xəbər verir ki, bu barədə məlumat bazasına istinadən RİA Novosti məlumat yayıb.

Medinski ötən ilin mayında Ukrayna Daxili İşlər Nazirliyinin axtarışa verilmiş siyahısına əlavə edilib. Hələ 2018-ci ildə o, Ukraynanın "Mirotvorets" saytının məlumat bazasına əlavə edilib.

Agentliyin vurğuladığı kimi, o, Rusiya danışıqlar qrupunun axtarışda olan yeganə üzvüdür.

Eyni zamanda, Rusiya Ukraynanın müdafiə naziri Rustem Umerov, xarici işlər nazirinin müavini Serhiy Kislytsya, xarici işlər nazirinin birinci müavini Oleksandr Poklad və SBU-nun sədr müavini Oleq Luqovskoyun daxil olduğu Ukrayna nümayəndə heyətindən heç kimin axtarışda olduğunu elan etməyib.

Poliqon.info 

Seçilən
52
36
poliqon.info

10Mənbələr