Peskov: İran Rusiyadan hərbi yardım istəməyib, amma...
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Tehranla tərəfdaşlıq münasibətlərini saxlayır. O əlavə edib ki, Rusiya İrana İsraillə münaqişənin son gərginləşməsi fonunda kömək edir, lakin hərbi baxımdan deyil.
“Biz tərəfdaşlıq münasibətlərini qoruyuruq... Biz çox rəvan, etibarlı əlaqələr saxlayırıq”, - deyə cənab Peskov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda bildirib.