AZ

Minskdə Azərbaycan və Belarus müdafiə nazirləri görüşüb

Bakı. Trend:

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnikZakir Həsənovun Belarus Respublikasına rəsmi səfəri davam edir.

Trend xəbər verir ki, bu barədə MüdafiəNazirliyi məlumat yayıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Minsk şəhərindəyerləşən Qələbə meydanındakı Qələbə abidəsini ziyarət edib və abidəönünə əklil qoyub.

Belarus Respublikasının Müdafiə Nazirliyində AzərbaycanRespublikasının müdafiə nazirinin rəsmi qarşılanma mərasimi təşkilolunub. Müdafiə nazirləri fəxri qarovul dəstəsinin önündənkeçiblər. Hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

General-polkovnik Z.Həsənov ilə Belarus Respublikasının müdafiənaziri general-leytenant Viktor Xrenin arasında görüşkeçirilib.

Görüşdə regional təhlükəsizlik məsələləri, hərbi əməkdaşlığıninkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər mövzularmüzakirə olunub.

Səfər proqramına uyğun olaraq, Azərbaycan nümayəndə heyəti,həmçinin Belarus Respublikası Silahlı Qüvvələrinin HərbiAkademiyasının Baş Qərargah Fakültəsini ziyarət edib. Burada hərbitəhsil sistemi, kadrların hazırlanması, struktur və vəzifələrbarədə brifinq təqdim olunub.

Rəsmi səfər zamanı Belarus Hərbi Hava Qüvvələri və HavaHücumundan Müdafiə Qoşunlarının Mərkəzi Komanda Məntəqəsində (MKM)olan Azərbaycan müdafiə nazirinə MKM-in əsas fəaliyyət istiqamətiilə bağlı ətraflı məlumat verilib.

Məqalədə:
Seçilən
42
25
az.trend.az

7Mənbələr