AZ

İRANIN ALİ DİNİ LİDERİNİN GİZLƏNDİYİ YERİ DƏQİQ BİLİRİK, AMMA... Tramp tehran rejiminə elə xəbərdarlıq elədi ki...

ain.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

"İndi İran səmasında tam və mütləq nəzarətimiz var".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social" hesabında yazıb.

O deyib ki, İran şərtsiz təslim olmalıdır: "İranda çoxlu yaxşı hava müşahidə sistemləri və digər müdafiə vasitələri var idi, lakin onlar Amerika istehsalı olan avadanlıqlarla müqayisə oluna bilməz. Rejim şərtsiz təslim olmalıdır"

Donald Tramp İran lideri Xamneyi haqda da şok xəbərdarlıq edib: "Biz onun harada gizləndiyini dəqiq bilirik. O, çox asan hədəfdir, amma gizləndiyi yerdə təhlükəsizdir. Biz onu ortadan qaldırmayacağıq. Ən azından indilik belə fikrimiz yoxdur".

Lamiyə Əhmədli

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
42
mia.az

10Mənbələr