AZ

Tanınmış jurnalistə yüksək vəzifə verildi

BAKI, 17 iyun. TELEQRAF

Naxçıvan Təlim Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, bu vəzifəyə tanınmış jurnalist və PR mütəxəssisi, əməkdar jurnalist Bəhruz Nəzərov təyinat alıb.

O, indiyədək Azərbaycan Dövlət Neft və Sənaye İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri işləyib.
Qeyd edək ki, “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxs 2024-cü il iyulun 11-də yaradılıb. Qurumun əvvəlki rəhbəri Tağı Tağızadə idi.

Seçilən
12
15
teleqraf.com

10Mənbələr