Ermənistan parlamentnin sədri Alen Simonyan Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfər edəcəyini təsdiqləyib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Alen Simonyan deyib ki, Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya səfər edəcək.
Erməni spiker qeyd edib ki, Paşinyan və Ərdoğan iyunun 20-də Ankarada görüşəcəklər.