AZ

Kürdəmirdə yolda hərəkətin təhlükəsizliyini pozmaq cəhdinin qarşısı alınıb

Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində bir qrup şəxsin yolun intensiv hərəkət olan hissəsində təhlükəli küçə ticarəti fəaliyyətinin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, həmin şəxslərə qanunvericiliyə uyğun olaraq profilaktik iş, izahedici söhbətlər aparılmaqla, avtomobil yolunda həmin əməlin insan həyatı və sağlamlığı üçün təhlükəli olması onların diqqətinə çatdırılıb.

Respublika əhəmiyyətli avtomobil yollarında qanunsuz ticarət fəaliyyəti hərəkətdə olan sürücülərin, sərnişinlərin də həyat və sağlamlığı üçün təhdid yaradan təhlükədir, qəza riskini artırır. Küçə ticarəti yalnız müəyyən olunan yerlərdə və qaydalara uyğun şəkildə həyata keçirilməlidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
34
apa.az

10Mənbələr