Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı olub.
AFN.az-ın xəbərinə görə, məlumatı “TRT Haber” yayıb.
Bildirilib ki, danışıqlar zamanı İsrail ilə İran arasındakı münaqişə, regional və qlobal məsələlər müzakirə edilib.
Ərdoğan münaqişənin tezliklə sona çatması və nüvə danışıqlarının bərpası üçün rəsmi Ankaranın vasitəçi rol oynamağa hazır olduğunu bildirib.