AZ

Gəncədə kişini odlu silahla qətlə yetirən şəxs saxlanılıb - YENİLƏNİB2

Gəncədə 42 yaşlı kişini güllələyərək öldürən şəxs saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə iyunun 15-də saat 22 radələrində Gəncə şəhər Cavadxan qəsəbəsində 42 yaşlı Vüsal Əhmədov ov tüfəngi ilə qətlə yetirilib.

Polis əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, 45 yaşlı Göygöl rayon sakini Röyal Hətəmov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

22:48

Gəncədə güllələnərək qətlə yetirilən şəxsin adı məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə qətlə yetirilən şəxs Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Vüsal Əhmədovdur.

***

22:26

Gəncədə güllələnmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, orta yaşlı kişi güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Seçilən
29
5
apa.az

10Mənbələr