İsrailin Baş naziri Benyamin Netanyahu ötən gecə İranın ballistik raket zərbələrinə məruz qalan Bat-Yam şəhərinə səfər edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Baş nazir zərərçəkmişlərlə görüşüb və şəhərə dəymiş zərəri qiymətləndirib.
Qeyd edək ki, İranın sözügedən bölgəyə zərbələri nəticəsində onlarla insan həlak olub, xeyli sayda yaralılar var.