İyunun 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, yarımadanın bəzi yerlərində qısamüddətli yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 19-21°, gündüz 23-26° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət 65-75% təşkil edəcək.
Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20°, gündüz 23-28°, dağlarda gecə 6-10°, gündüz 10-15° isti olacaq.