AZ

Netanyahu raket zərbələrinə məruz qalan Bat-Yama səfər etdi

İsrailin baş naziri Benyamin Netanyahu İranın gecə saatlarında raket hücumlarına məruz qalan Bat-Yam şəhərinə baş çəkib.

Musavat.com xəbər verir ki, Netanyahu zərərçəkmiş ərazilərə baxış keçirib, yerli sakinlərlə görüşərək onlara dəstək ifadə edib.

Bat-Yam şəhərində İranın endirdiyi raket zərbələrindən biri nəticəsində infrastruktur və yaşayış binaları zərər görüb.  Ciddi insan tələfatı qeydə alınmayıb.

Baş nazir hadisə yerində verdiyi açıqlamada bildirib:
“Biz xalqımızın təhlükəsizliyi naminə hər şeyi edəcəyik. İran bu hücumlarının cavabını alacaq”.

 

Musavat.com

Seçilən
29
17
musavat.com

10Mənbələr