AZ

Hindistanda helikopter qəzaya uğrayıb

Hindistanın şimalında Himalay dağlarında helikopter qəzaya uğrayıb.

Operativ Media xəbər verir ki, bu barədə ANI agentliyi məlumat yayıb.

Məlumata görə, helikopterdə pilot da daxil olmaqla 7 nəfər olub. NDTV-nin xəbərinə görə, onların hamısı həlak olub.

Bununla belə, ölənlərin sayı ilə bağlı hələ rəsmi məlumat yoxdur.

Helikopter Uttarakhand əyalətinin yüksək dağlıq hissəsindəki Kedarnath kəndindən qayıdırmış. Qəzanın əlverişsiz hava şəraiti səbəbindən baş verdiyi ehtimal edilir.

Seçilən
58
50
operativmedia.az

10Mənbələr