“Belə bir incə məqamda mən təcili olaraq məsuliyyətə və dərrakəyə çağırıram”,- Pontifik deyib.
Papa XVI Leo vurğulayıb ki, nüvə təhlükələrindən azad daha təhlükəsiz dünya qurmaq istəyi qardaşlıq və ümumi mənafeyə əsaslanan ədalətli və davamlı sülhə nail olmağa yönəlmiş hörmətli dialoqa və səmimi baxışlara əsaslanmalıdır.
![]() |
Tehran aeroportunda partlayış olub| VİDEO |
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İranın nüvə və hərbi obyektlərinə zərbələr endirməklə “Am Kelavi (Aslan kimi millət)” əməliyyatına başlayıb. Hücumlar nüvə silahının inkişafı ilə bağlı infrastrukturu, eləcə də yüksək rütbəli hərbçiləri hədəf alıb.
Sahil İsgəndərov
AzVision.az