AZ

Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı

Bu gün gecə saatlarında Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə uçuş nöqtəsinə çatmadan geri qayıdıb.Metbuat.az xəbər verir ki, bu barədə Oxu.az-a təyyarədə olan sərnişin məlumat verib. Sərnişinin iddiasına görə, təyyarə qəza vəziyyəti ilə üzləşib, buna görə də, geri dönməli olub."Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidmətindən Oxu.az-a bildirilib ki, Azərbaycan Hava Yollarının Bakı-Naxçıvan istiqamətində planlaşdırılan "J2 257" nömrəli reysi Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində əlverişsiz hava şəraiti (tufan) səbəbindən geri qayıdıb:"Sözügedən reys Naxçıvan aeroportu ərazisində hava şəraiti yaxşılaşdıqdan dərhal sonra həyata keçiriləcək".

"Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54 "WhatsApp" nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər", - deyə şöbə rəhbəri əlavə edib.

Seçilən
22
13
metbuat.az

10Mənbələr