AZ

İran İsrailə yüzlərlə ballistik raket buraxıb

Təl-Əvivdə partlayışlar baş verib...

APA xəbər verir ki, yerli mətbuat İran raketlərinin şəhərin bəzi bölgələrinə düşdüyü və partlayışların baş verdiyi haqda məlumat yayıb.

İsrail mediası həmçinin hədəflərdən birinin İsrailin Müdafiə Nazirliyi olduğunu bildirib.

Məlumata görə İran tərəfindən atılan ballistik raketlərinin düşməsindən sonra İsrailin Müdafiə Nazirliyinin qərargahının yaxınlığında yanğın baş verib.

"İran ordusu İran ərazisinə zərbələrə cavab olaraq İsrailə qarşı əməliyyat keçirməyə başladı", deyə İran televiziyası bildirib.

İranın sionist rejimə sarsıdıcı cavabı başlayır. Bir neçə dəqiqə öncə sionist rejimin qəddar hücumuna qəti cavab əməliyyatı işğal olunmuş ərazilərə doğru yüzlərlə müxtəlif ballistik raketlərin buraxılması ilə başlayıb”, deyə məlumatda vurğulanıb.

Poliqon.info

Seçilən
43
46
poliqon.info

10Mənbələr