AZ

Təbriz ətrafına növbəti raket hücumu: Partlayış səsləri eşidilib - FOTO/VİDEO

İsrail Təbriz şəhəri ətrafına yenidən raket hücumu həyata keçirib.
 
Bu barədə "Mehr" agentliyi xəbər verib.
 
Məlumata görə, partlayış səsləri Təbrizin ikinci hərbi hava bazasının (Şikari bazası) yaxınlığından eşidilib. Hücumun dəqiq nəticələri və mümkün tələfat barədə hələlik rəsmi açıqlama verilməyib.
 
Hadisə ilə bağlı yayımlanan görüntülərdə partlayış anı və alov topu müşahidə olunur. Hazırda bölgədəki vəziyyətlə bağlı araşdırmalar davam etdirilir.
 
Rəsmi qurumların mövqeyi açıqlanacağı təqdirdə, əlavə məlumat təqdim olunacaq.
 
Həmçinin "Azad İran" "Telegram" kanalı İsrailin Təbrizi hədəfə aldığı anların görüntülərini paylaşıb.

 

Seçilən
58
50
moderator.az

10Mənbələr