AZ

Ötən gün bu qədər pul oğurlandı

Yazını böyüt
Yazını kiçilt

İyunun 12-də bir sıra şəxslərin bank hesablarından 6880, 4347, 4100, 600, 537, 507, 500, 472, 450, 310, 300, 270, 255, 203, 200, 124, 100, 91 və 80 manat məbləğlərində vəsaitlər kiberyolla oğurlanıb.

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib

Müraciətdə bildirilir ki, bank kartlarının CVV/CVC kodu, istifadə müddəti və SMS-lə göndərilən OTP (birdəfəlik şifrə) məlumatları mütləq şəkildə məxfi saxlanmalıdır. Bu məlumatların üçüncü şəxslərlə paylaşılması nəticəsində bank hesablarından pul oğurluğu, vətəndaşın adından kredit və digər maliyyə əməliyyatları həyata keçirilə biləcəyini vətəndaşlar bilməlidir.

Tövsiyə olunur ki, naməlum nömrələrdən gələn zəng və mesajlara cavab verilməsin, heç bir halda şəxsi və maliyyə məlumatları paylaşılmasın, şübhəli ünsiyyət zamanı əlaqə dərhal dayandırılsın və nömrə blok edilsin. Bu cür hallarla üzləşən şəxslər dərhal polis orqanlarına və müvafiq bank qurumlarına müraciət etməlidirlər.

Seçilən
28
31
hafta.az

10Mənbələr