AZ

Dünən bank kartlarından 20 min manat oğurlanıb

Dünən

Azərbaycan Daxili İşlər Naziriliyi vətəndaşlara kiberdələduzluq halları ilə bağlı növbəti çağırış edib.

Reyting.az
xəbər verir ki, nazirliyin müraciətində deyilir:

"Naməlum nömrələrdən edilən zənglər və göndərilən mesajlar vasitəsilə vətəndaşların şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi cəhdləri davam edir. Bu səbəbdən əhalidən diqqətli olmaları xahiş olunur. İyunun 12-də bir sıra şəxslərin bank hesablarından 6880, 4347, 4100, 600, 537, 507, 500, 472, 450, 310, 300, 270, 255, 203, 200, 124, 100, 91 və 80 manat məbləğlərində vəsaitlər kiberyolla oğurlanıb.

Vətəndaşlar bilməlidir ki, bank kartlarının CVV/CVC kodu, istifadə müddəti və SMS-lə göndərilən OTP (birdəfəlik şifrə) məlumatları mütləq şəkildə məxfi saxlanmalıdır. Bu məlumatların üçüncü şəxslərlə paylaşılması nəticəsində bank hesablarından pul oğurluğu, vətəndaşın adından kredit və digər maliyyə əməliyyatları həyata keçirilə bilər.

Tövsiyə olunur ki, naməlum nömrələrdən gələn zəng və mesajlara cavab verilməsin, heç bir halda şəxsi və maliyyə məlumatları paylaşılmasın, şübhəli ünsiyyət zamanı əlaqə dərhal dayandırılsın və nömrə blok edilsin.

Bu cür hallarla üzləşən şəxslər dərhal polis orqanlarına və müvafiq bank qurumlarına müraciət etməlidirlər".
Seçilən
18
25
reyting.az

10Mənbələr