AZ

İsrail İranın hücumuna belə hazırlaşır – VİDEO

İsrail İranın cavab zərbələrinə hazırlaşır.

Bizim.Media “izvestiya”ya istinadən xəbər verir ki, İsraildəki xəstəxanalar İranın cavab zərbəsindən qorunmaq üçün yaralılar üçün yeraltı palatalar hazırlayır.

Həkimlər palataları taxt və tibbi avadanlıqla təchiz edirlər.
 

Qeyd edək ki, bu gün gecə saatlarında İsrail İrana qarşı “Yüksələn aslan” kod adlı hərbi əməliyyata başlayıb.


Əməliyyat çərçivəsində paytaxt Tehrana və İranın nüvə obyektlərinə zərbələr endirilib. Hücumlar nəticəsində İranın bir sıra yüksəkrütbəli komandanları və nüvə enerjisi sahəsində ixtisaslaşmış alimləri məhv edilib. Buna cavab olaraq İran İsrailə 100-dən çox PUA buraxıb.


Bizim.Media

Seçilən
31
50
bizim.media

10Mənbələr