
İyulun 22-də Əmlak Məsələləri Dövlət Xidmətinin təşkilatçılığı ilə dövlət qurumlarının balansında olan 30-dan çox nəqliyyat vasitəsi açıq hərraca çıxarılacaq.Hərracda həm minik, həm də yük avtomobilləri satışa təqdim olunacaq.Qiymətlər 750 manatdan başlayır və 20000 manata qədər yüksəlir.Satışa çıxarılan bəzi avtomobillər bunlardır:UAZ-469BQ (1989) – 750 manatQAZ 3110-101 minik (2002) – 1050 manatBMW 730Li (2006) – 7250 manatLAND ROVER (2005) – 18400 manatLAND ROVER LR3 (2009) – 20000 manatCHEVROLET NIVA LC (2012) – 5800 manatNISSAN X-TRAIL (2006) – 9800 manatHYUNDAI SONATA (2004) – 4500 manatHYUNDAI H-1 mikroavtobus (2008) – 11000 manatDAEWOO NEXIA (2011) – 14850 manatHOWO ST3250C yük avtomobili (2008) – 12250 manatDAEWOO BC212MA avtobus (2008–2009) – 146025 manatBəzi avtomobillər 2-ci, 4-cü və hətta 5-ci dəfə təkrar hərraca çıxarılır və onlara 25%-dən 50%-ə qədər endirimlər tətbiq olunub.Hərracda iştirak etmək istəyən şəxslər əmlakla öncədən tanış ola bilər. Sifariş üçün ən azı 3 bank günü əvvəldən sənədlər Bakı şəhəri, Xəlil Rza Ulutürk küçəsi 20-də yerləşən Əmlak Xidmətləri Məkanına təqdim olunmalıdır.Əlavə məlumat üçün bu nömrələrlə (012) 311-01-60 (daxili: 1758, 1709, 1706 və 1705) əlaqə saxlamaq mümkündür. (baku.ws)Ulusum.az
Diqqət Çəkənlər
Müğənni Şimal xərçəngdən vəfat etdi – Ərindən ürək parçalayan sözlər
Greta Tunberq İsveçə qayıtdı – aeroportda fələstin bayraqları altında qarşılandı
Zülallı Zövq: Tərəvəzli və Ətli Tortilya - VİDEO