Lənkəran şəhərində azyaşlı qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Bizim.Media xəbər verir ki, hadisə günorta saatlarında şəhər ərazisində qeydə alınıb.
Hərəkətdə olan minik avtomobili 2017-ci il təvəllüdlü, Lənkəran sakini R.Ş.-ni vurub.
Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib və hazırda müalicəsi xəstəxananın aidiyyəti şöbəsində davam etdirilir.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Sabutay, Bizim.Media, Cənub bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta