AZ

Mahir Emreli 12 dəqiqə oynadı, qələbəyə sevindi - Video

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası Xorvatiya çempionatının 18-ci turu çərçivəsində “Rudes”lə qarşılaşıb.

Doğma meydanda baş tutan bu oyunda “Dinamo” çətin qələbəyə sevinib – 1:0. Zaqreblilər qələbə qolunu 76-cı dəqiqədə vurublar.

Mahir isə qol vurulduqdan 2 dəqiqə sonra – 78-ci dəqiqədə meydana buraxılıb. Cari mövsümdə Xorvatiya çempionatında 4 qol və 3 məhsuldar ötürməsi olan azərbaycanlı futbolçu bu dəfə fərqlənə bilməyib.

Son Xorvatiya çempionu olan “Dinamo” 18 turdan sonra 33 xalla 10 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış 2 oyunu da var.

Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 45 matça çıxıb, 10 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Karyerası ərzində “Qarabağ”, “Legiya”, “Konyaspor” və “Bakı”da da oynamış hücumçu Azərbaycan millisində keçirdiyi 46 oyunda 5 qol vurub.

Seçilən
393
4
arena.az

10Mənbələr