ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Faşizm üzərində Qələbə Günü – mayın 9-da tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov saxlanılıb.
“AzPolitika" APA-ya istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsi Saleh Səmədov barəsində mənimsəmə cinayətlərinə görə 4 aylıq həbs qətimkan tədbiri seçib. O, AR Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə ittiham olunur.
Qeyd edək ki, mayın 13-də S.Səmədov İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.
Ağsaqqallar Şurasının İdarə Heyətinin yaydığı məlumata görə, Saleh Səmədov Şuranın adına ləkə gətirən hərəkətlərə yol verib, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozub. O, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb.
Yaxınlarının verdiyi məlumata görə, Saleh Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
***
Faşizm üzərində Qələbə Günü – mayın 9-da tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov həbs edilib.
“AzPolitika" “Teleqraf”a istinadən xəbər verir ki, İmişli Rayon Məhkəməsi Saleh Səmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Onun vergidən yayınmada ittiham edildiyi bildirilir.
Qeyd edək ki, mayın 13-də S.Səmədov İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.
Ağsaqqallar Şurasının İdarə Heyətinin yaydığı məlumata görə, Saleh Səmədov Şuranın adına ləkə gətirən hərəkətlərə yol verib, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozub. O, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.