AZ

Ramin Rzayev: “Ayaqlarda ağrı və narahatlıq yaradan ayaq baş barmaqlarının Hallux-Valgus deformasiyasından birdəfəlik qurtulmaq mümkündür” 

Hər iki ayaq baş barmağında olan deformasiya ilə 6 ay əvvəl Mərkəzi Gömrük Hospitalına daxil olmuş 56 yaşlı xəstə üzərində cərrahi əməliyyat aparılıb.
 
Aztibb.az xəbər verir ki, Hospitalın Travmatologiya və ortopediya şöbəsinin rəisi, travmatoloq-ortoped Ramin Rzayev xəstə üzərində icra edilmiş əməliyyat barədə ətraflı məlumat verib.
 
O, bu günlərdə xəstənin arzusu ilə onun ayağına qoyulmuş implantların çıxarıldığını və hazırda xəstənin vəziyyətinin yaxşı olduğunu bildirib.
 
Ramin Rzayev qeyd edib ki, Hallux-Valqus xalq arasında “podaqra” adını almış, ayaq baş barmağının ayaqdarağı-falanqa oynağı səviyyəsində bayıra doğru əyilmiş deformasiyasıdır. Bu xəstəlik adətən 40 yaşdan sonra insanlarda tez-tez rast gəlinir və ağrılarla, ayaqqabı geyinəndə çətinlik yaratmaqla bir sıra narahatlıqlar yaradır.
 
Həkimin sözlərinə görə, ayaqlarda ağrı və narahatlıq yaradan ayaq baş barmaqlarının Hallux-Valgus deformasiyasından birdəfəlik qurtulmaq mümkündür.
 
 
 
 
Seçilən
293
10
aztibb.az

10Mənbələr